EN

Eyni anda bir neçə işi görmək beyni gücləndirmir Alimlər

Demokrat.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Alimlər beyin fəaliyyətini gücləndirmək üçün istifadə olunan iki məşhur metodun eyni vaxtda tətbiqinin fayda deyil, ziyan vurduğunu aşkar ediblər. Rusiya Elm və Ali Təhsil Nazirliyindən verilən məlumata görə, bu kəşf zehni məhsuldarlığın artırılmasına yanaşmanı kökündən dəyişə bilər.Demokrat.az xəbər verir ki, tədqiqat çərçivəsində mütəxəssislər "neyrobioidarəetmə" (neurofeedback) və "binaural stimulyasiya" üsullarını eyni anda sınaqdan keçiriblər. Neyrobioidarəetmə zamanı insan beyninin fəallığı barədə real vaxtda məlumat alır və öz zehni vəziyyətini şüurlu şəkildə dəyişməyi öyrənir. Binaural stimulyasiya isə xüsusi səs ritmləri vasitəsilə beynin kənardan "köklənməsi" prosesidir. Alimlər düşünürdülər ki, bu iki üsul bir-birini tamamlayacaq.Lakin eksperimentin nəticələri gözlənilənin tam əksi olub. Məlum olub ki, hər iki metod ayrılıqda mükəmməl işləsə də, birlikdə tətbiq edildikdə beynin səmərəliliyi kəskin aşağı düşür. Təcrübədə iştirak edən könüllülərdə özünüidarəetmə və diqqəti cəmləmə qabiliyyəti zəifləyib.Professor Olqa Bazanova bildirib ki, kənardan gələn səs "siqnalları" beynin öz gücü ilə öyrənmə prosesinə mane olur. Beyin hazır tezlikləri kənardan aldığı üçün yeni neyron əlaqələri qurmağa və inkişaf etməyə ehtiyac duymur. Beləliklə, əlavə kömək beynin təbii öyrənmə qabiliyyətini gücləndirmək əvəzinə, onu tənbəlləşdirir və fəaliyyətini ləngidir.Yəni, beyni daha yaxşı işlətmək üçün həm daxili məşqlərdən, həm də kənar səs stimullarından eyni vaxtda istifadə etmək diqqəti artırmır, əksinə, beyni yoraraq onun işini çətinləşdirir.İsmayıl

Demokrat.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
5
demokrat.az

1Sources