EN

“Kimyaçılar” “Sumqayıt”ı Tovuzda niyə tək qoydu? – açıqlama

Misli premyer-liqasının 27-ci turunda “Turan Tovuz” – “Sumqayıt” oyununu stadiondan 4500 tamaşaçı izlədi. Sizi yerli azarkeşlərin tribunalarda yaratdığı atmosferlə tanış etmişik. Həmçinin yazmışıq ki, qonaqların ən böyük fanklubu “Kimyaçılar” matça gəlməmişdi. Ancaq “Komando” azarkeş qrupu 15 nəfərlə stadionda idi.

“Kimyaçılar”ın rəhbəri Sənan Mirzəyevlə əlaqə saxlayıb, çətin səfər oyununda komandanın yanında olmamalarının səbəbini soruşduq. Onun “Football-plus.az”a cavabı:

“Komandadan inciməmişik. Münasibətlərdə hansısa problem yoxdu. Sadəcə, fanklub üzvlərinin əksəriyyəti şəxsi işlə bağlı Tovuza yollana bilməyəcəkdi. Sayımız az idi. Düzdü, “Sumqayıt” hər kəsin Tovuza gedib-qayıtması üçün bütün tədbirləri görmüşdü. Lakin say azlığına görə getmək istəmədik”.

Xatırladaq ki, qarşılaşma meydan sahiblərinin 2:1 hesablı qələbəsiylə bitib.

KƏNAN BAHADIR
Chosen
10
1
football-plus.az

2Sources