EN

“Bahar Kuboku”nun qalibləri

ain.az, Xalq qazeti saytına istinadən bildirir.

Aprelin 14-15-də Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə Sərhədçi Atçılıq Mərkəzində “Bahar Kuboku” uğrunda konkur yarışları keçirilmişdir. 

“A” kateqoriyası üzrə 90 sm, “L” kateqoriyası üzrə 115 sm, “M*” kateqoriyası üzrə isə 125 sm hündürlükdə qurulan maneələrdən ibarət yarışda Azərbaycanın müxtəlif atçılıq klublarından 21 yaşadək idmançılar 6 yaşadək olan atlarla, 21 yaşdan yuxarı idmançılar yaş məhdudiyyəti qoyulmayan atlarla iştirak etmişlər.

“A” kateqoriyasında 23 idmançının iştirakı ilə baş tutan mübarizədə “Respublika Atçılıq və Müasir Beşnövçülük üzrə İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbi”nin təmsilçisi Ayan Fərəcova “Tibet” ləqəbli atla 1-ci, “Elite” atçılıq klubunun təmsilçisi Mədinə Məmmədova “Ayla” ləqəbli atla 2-ci, “Respublika Atçılıq və Müasir Beşnövçülük üzrə İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbi”nin təmsilçisi Amena Qonizzi “Pur-Pur” ləqəbli atla 3-cü, “Elite” klubunun təmsilçisi Anar Hümbətov “Məğrur” ləqəbli atla 4cü, “Respublika Atçılıq və Müasir Beşnövçülük üzrə İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbi”nin təmsilçisi Angel Vəfa Seyid “Püstə” ləqəbli atla 5-ci yerin sahibi olmuşdur.

“L” kateqoriyasında yaş məhdudiyyəti olmadan 15 idmançının mübarizə apardığı yarışda “Elite” atçılıq klubunun təmsilçisi Anar Hümbətov “Zirvə” ləqəbli atla 1-ci, “Gilan” klubunun təmsilçisi Elmar Abdullayev “Carthanio” ləqəbli atla 2-ci, “Elite” klubunun təmsilçisi Seyid Musayev “Uca” ləqəbli atla 3-cü, “Murad” klubunun təmsilçisi Mübariz Hüseynov “Elano C” ləqəbli atla 4-сü, “Omar” klubunun təmsilçisi Kənan Novruzov “Miss Baloubet MNM” ləqəbli atla 5-ci yerin sahibi olmuşdur.

“M*” kateqoriyasında yaş məhdudiyyəti olmadan 9 idmançının mübarizə apardığı yarışda “Murad” atçılıq klubunun təmsilçisi Mübariz Hüseynov “Elano C” ləqəbli atla 1-ci, “Gilan” klubunun təmsilçisi Elmar Abdullayev “Carthanio” ləqəbli atla 2-ci, “Elite” klubunun təmsilçisi Seyid Musayev “Zidan D” ləqəbli atla 3-cü, həmin klubun digər təmsilçisi Anar Hümbətov “Damla” ləqəbli atla 4-cü, “Omar” klubunun təmsilçisi Kənan Novruzov “Miss Baloubet MNM” ləqəbli atla 5-ci yerin sahibi olmuşdur. 

İki gün davam edən yarışların sonunda hər üç koteqoriyada 1-ci yerin sahibinə “Bahar Kuboku”, medal, fəxri diplom, 2-ci və 3-cü yerin sahiblərinə medal, fəxri diplom, 4-сü və 5-ci yerin sahiblərinə isə fəxri diplom təqdim edilmişdir.

Qabil YUSİFOĞLUXQ

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
4
8
xalqqazeti.az

10Sources