EN

Süleyman Rüstəmin 120 illiyinə həsr olunmuş kitab sərgisi

ain.az xəbər verir, Xalq qazeti saytına əsaslanaraq.

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon MKS-inin M.Ş.Vazeh adına Mərkəzi Kitabxanası Əməkdar İncəsənət Xadimi, Sosialist Əməyi Qəhrəmanı, Xalq şairi Süleyman Rüstəmin 120 illiyinə həsr olunmuş  kitab sərgisi təşkil edib. 

Mərasimdə Milli Məclis sədrinin müavini, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, akademik Rafael Hüseynov, Mətbuat Şurasının sədri, “525-ci qəzet”in baş redaktoru, Əməkdar mədəniyyət işçisi Rəşad Məcid, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin vitse-prezidenti, Əməkdar jurnalist, pedaqogika üzrə fəlsəfə doktoru Qafar Əsgərzadə və digər iştirakçılar sərgini maraqla seyr edərək, Süleyman Rüstəmin Prezident İlham Əliyevin “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” Sərəncamı ilə nəşr olunan 3 cildliyi, eləcə də şairin Azərbaycan və rus dillərində olan şeir və poemaları ilə yaxından tanış olublar. 

Xalq şairi Süleyman Rüstəmin Cənubi Azərbaycan mövzusunda yazdığı əsərlər də iştirakçıların marağına səbəb olub.

Sərgidə “XX əsr Azərbaycan yazıçıları” ensiklopedik məlumat kitabı, Süleyman Rüstəmin yaradıcılığı haqqında yazılan kitab və monoqrafiyalar, professor Həsən Quliyevin “Azərbaycan ədəbiyyatı” (tarixi oçerk) kitabları da nümayiş etdirilib.

Qabil YUSİFOĞLUXQ

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
2
3
xalqqazeti.az

4Sources