EN

Trampın Hörmüz boğazı ilə bağlı açıqlaması ABŞ da çaşqınlığa səbəb olub

Ayna portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

"ABŞ-ın Hörmüz boğazını açdığını demək hələ tezdir. Boğaz bağlıdır və bunu aydın şəkildə başa düşmək lazımdır”

ABŞ Prezidenti Donald Trampın Hörmüz boğazı ilə bağlı açıqlaması çaşqınlığa səbəb olub. AYNA.AZ xəbər verir ki, əvvəllər Dövlət Departamentinin Rusiya və Avropaya qarşı sanksiyalar proqramına rəhbərlik etmiş Edvard Fişman “CBS News”a verdiyi müsahibədə Prezidentin sözlərini "çaşdırıcı" adlandırıb.

Fişman deyib: "ABŞ-ın Hörmüz boğazını açdığını demək hələ tezdir. Boğaz bağlıdır və bunu aydın şəkildə başa düşmək lazımdır. Bazarlar Trampın sonda geri çəkiləcəyini və münaqişəyə son qoymağa çalışacağını güman edirdilər”.

Fişman izah edib ki, gəmiçiliyin bərpası üçün Tehran boğazı açmağa razı olmalıdır, əks halda Vaşinqton onu ələ keçirmək üçün hərbi gücdən istifadə etməli olacaq. O hələlik heç bir şeyin baş vermədiyini vurğulayıb.

Qeyd edək ki, 13 apreldə ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazının blokadasını elan etdi. Lakin 15 apreldə Amerika lideri “Truth Social”da paylaşım edərək Hörmüz boğazını Çin və dünya üçün "birdəfəlik" açdığını bildirdi.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
29
18
ayna.az

10Sources