AZ

Pezeşkian danışdı: “Bunlar olmasaydı, raketlərimiz də olmazdı”

Musavat.com xəbər verir ki, İran prezidenti Məsud Pezeşkian ölkəsinin müdafiə imkanları ilə bağlı diqqətçəkən açıqlama verib və elmi potensialın hərbi gücün əsasını təşkil etdiyini bildirib.

Pezeşkian vurğulayıb ki, İranın raket proqramı və müdafiə sistemi birbaşa universitetlərdə yetişən kadrların və elmi inkişafın nəticəsidir:
“Əgər universitetlər olmasaydı, raketlər və güclü müdafiəmiz də olmazdı”.

İran prezidenti əlavə edib ki, qarşı tərəf strateji hədəfləri yaxşı tanıyır və buna uyğun zərbələr endirməyə çalışır:
“Onlar haranı vuracaqlarını bilirlər, biz də həmin yerləri daha da möhkəmləndirməliyik”.

Pezeşkian xüsusilə infrastruktur obyektlərinə hücumlara diqqət çəkərək bildirib ki, bəzi zərbələr texnoloji və mühəndislik nailiyyətlərinə yönəlib:
“Onlar Kərəc körpüsünü vururlar, çünki iranlıların belə bir körpü tikdiyini görmək istəmirlər”.

Musavat.com

Seçilən
2
50
musavat.com

10Mənbələr