"Real"ın futbolçusu Kilian Mbappe UEFA Çempionlar Liqasında Lionel Messinin uğurunu geridə qoyub.

Offsideplus.az xəbər verir ki, fransalı forvard bunu "Bavariya"ya 3:4 hesabı ilə uduzduqları 1/4 final mərhələsinin cavab oyununda reallaşdırıb.

O, cari mövsüm turnirdəki qollarının sayını 15-ə çatdırmaqla 2011/2012 mövsümündə 14 qol vuran Messini qabaqlayıb.

Qeyd edək ki, turnirin rekordu 2013/2014 mövsümündə "Real"ın heyətində 17 dəfə fərqlənən Kriştianu Ronalduya məxsusdur.