Son günlər sevgilisi Duygu Karabaş ilə nişanlandığı barədə xəbərlərlə gündəmə gələn Hasan Can Kaya məsələyə qəti mövqe ilə aydınlıq gətirib.
Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, məşhur komediyaçı yayılan məlumatları təkzib edərək bildirib: "Birincisi, biz nişan etməmişik". O vurğulayıb ki, keçirilən tədbir nişan deyil, sadəcə ənənəvi qız istəmə mərasimi olub.
Kaya qeyd edib ki, ailələrinin sayca çox olması səbəbilə mərasim geniş tərkibdə planlaşdırılıb. Məkan icarəyə götürülməsi isə yanlış anlaşılmaya səbəb olub: "50 nəfərlə qız istəməyə gedəcəkdik deyə bir yer tutmaq qərarına gəldik. Media da bunu nişan kimi təqdim etdi".
Nişan iddialarına daha bir aydınlıq gətirən komediyaçı əlavə edib: "Nişan olmayıb. Saat da taxmamışam".
Həyat tərzindən də danışan Kaya sadəliyə üstünlük verdiyini bildirib: "Məni tanıyırsınız, şişirdilmiş şeyləri sevmirəm. Sevgilim də mənim kimidir".
Beləliklə, o, yayılan şayiələrin əsassız olduğunu bir daha vurğulayıb.