EN

Bülent Ersoyun pərəstişkarı ilə diqqətçəkən anları - VİDEO

Bülent Ersoyun pərəstişkarı ilə diqqətçəkən anları - VİDEOTürk sənət musiqisinin "Diva"sı Bülent Ersoy İstanbul tıxacında avtomobildə gedərkən maraqlı və gülməli anlar yaşayıb.

Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, o, taksinin ön oturacağında səfər edərkən gözlənilmədən yüksək səslə ona səslənən bir pərəstişkarın reaksiyası ilə qorxub.

Hadisə zamanı bir gənc tıxacda dayanmış taksidə Bülent Ersoyu görüb və böyük həyəcanla maşından düşərək onun yanına qaçıb. "Divam, saygılar Divam, merhabalar!" deyə qışqıran gəncin səsi Ersoy üçün gözlənilməz olub və sənətçi bir anda yerindən diksinib, əlini ürəyinə qoyaraq "Ödüm patladı!" deyib.

İlk şokdan sonra Bülent Ersoy pərəstişkarın səmimi münasibətinə qarşılıq verib. Üzündəki təəccüb tezliklə gülümsəməyə çevrilib və o, pəncərədən əl yelləyərək və öpüş göndərərək təşəkkür edib. Yaşıl kürkü və ikonik eynəyi ilə diqqət çəkən sənətçi ətrafdakı sürücülərin də marağına səbəb olub.

Chosen
27
sonxeber.az

1Sources