EN

Bu il neçə saxta diplom aşkarlanıb?

Bu ilin ilk 3 ayında xaricdə təhsil almış 10 nəfərin diplomunun saxta olduğu məlum olub.

"Unikal" Təhsildə Keyfiyyət Təminatı Agentliyinə istinadən xəbər verir ki, 2026-cı ilin ilk 3 ayında xaricdə təhsil alan şəxslərin diplomlarının tanınması üçün agentliyə 1305 müraciət daxil olub.

Müraciət edənlərdən 1050 nəfərin diplomu tanınıb, 255 nəfərin müraciətinə isə imtina cavabı verilib.

Məlumata görə, 10 nəfərin diplomu saxta olduğu üçün tanınmayıb. Həmçinin 2 müraciətə imtina səbəbi lisenziyası olmayan Bakı filialları ilə bağlı olub.

Ən çox müraciət Türkiyədən təhsil alan şəxslərdən gəlib. Belə ki, Türkiyədə təhsil almış 445 nəfər diplom tanınması üçün agentliyə müraciət edib. Daha sonra Rusiya (356 nəfər) və Ukrayna (203 nəfər) gəlir. Digər müraciətlər isə əsasən Avropa və digər ölkələrdə təhsil alan şəxslərə aiddir.

İxtisaslara görə isə ən çox müraciət hüquq sahəsi üzrə olub (135 nəfər). Bundan başqa, iqtisadiyyat (78 nəfər), maliyyə (69 nəfər), tibb (67 nəfər) və biznesin idarə edilməsi (63 nəfər) ixtisasları da üstünlük təşkil edib.

Chosen
24
10
unikal.az

10Sources