EN

Kartdan pulları oğurlayan “bank əməkdaşı” saxlanılıb

Kartdan pulları oğurlayan “bank əməkdaşı” saxlanılıb

Özünü bank əməkdaşı kimi təqdim edərək kartdan pul oğurlayan şəxs saxlanılıb.

AFN.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilib ki, paytaxt sakini olan bir nəfər polisə müraciət edərək bank kartından 400 manatının oğurlandığını bildirib. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 42 yaşlı İ.Tahirov müəyyən edilərək saxlanılıb.

Araşdırmalarla məlum olub ki, o, zərərçəkənə zəng edərək özünü bank əməkdaşı kimi təqdim edib. Daha sonra kartda texniki problem olduğunu bildirərək qarşı tərəfin hesabında olan pul vəsaitini oğurlayıb. Hazırda faktla bağlı araşdırmalar davam etdirilir.

Daxili İşlər Nazirliyi vətəndaşları bu növ fırıldaqçılıq hallarına qarşı diqqətli olmağa, kart məlumatlarını və daxil olan təsdiq kodlarını heç kimlə paylaşmamağa çağırır.

Chosen
17
27
afn.az

10Sources