EN

Türkiyədə yeni xüsusi təyinatlı briqadalar formalaşdırılır

Ankara, 16 aprel, AZƏRTAC

Türkiyə Milli Müdafiə Nazirliyi hərbi xüsusi təyinatlı briqadaların sayının artırılması üçün tədbirlərin həyata keçirildiyini elan edib.

AZƏRTAC xəbər verir ki, Türkiyə Milli Müdafiə Nazirliyinin məlumatına görə, qərar Rusiya-Ukrayna münaqişəsi və İran ətrafındakı gərginlik kontekstində təcrübə və təhlükəsizlik ehtiyaclarının təhlili əsasında qəbul edilib.

Nazirlik bildirib: “Ankara müharibənin təbiətindəki dəyişiklikləri və istifadə olunan texnologiyaları yaxından izləyir. Bu baxımdan, Türkiyə Silahlı Qüvvələri təşkilati strukturunu daim yeniləyir”.

Yeni xüsusi təyinatlı briqadaların müasir təhdid qiymətləndirmələrinə və əməliyyat konsepsiyalarına uyğun olaraq, hazırda mövcud olanlardan fərqli prinsiplər əsasında yaradılması planlaşdırılır.

Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
Chosen
18
4
azertag.az

5Sources