Venesuela Azərbaycanla qarşılıqlı faydalı münasibətlərin daha da möhkəmləndirilməsinə sadiqdir.
"Cebheinfo.az" xəbər verir ki, bu barədə Venesuelanın xarici işlər naziri İvan Xil Pinto Azərbaycanın bu ölkədəki səfiri Ruslan Rzayevlə görüşünün yekunlarına dair "X" sosial şəbəkəsindəki səhifəsində yazıb.
"İkitərəfli gündəliyi nəzərdən keçirmək və onu ölkələrimiz arasında əməkdaşlıq vəzifələri ilə uzlaşdırmaq məqsədilə Azərbaycan səfiri Ruslan Rzayevlə görüş keçirdik. Qarşılıqlı fəaliyyətə hazır olduğuna görə səfirə təşəkkür edirik və onun diplomatik və qarşılıqlı faydalı münasibətlərimizin daha da möhkəmləndirilməsinə olan sadiqliyini bölüşürük", - XİN rəhbəri yazıb.
"Cebheinfo.az"