Azərbaycanın tanınmış aparıcısı və Əməkdar artist Nailə İslamzadə sosial şəbəkə hesabında diqqətçəkən açıqlama ilə çıxış edib.
O, uzun illər efir təcrübəsinin onun üçün yalnız peşə deyil, həm də tamaşaçıya hörmət və sözə məsuliyyət məsələsi olduğunu vurğulayıb.
Aparıcı bildirib ki, fəaliyyəti boyunca reytinq və ya gündəm xatirinə prinsiplərindən uzaqlaşmayıb, ucuz sensasiya axtarışına çıxmayıb. Onun sözlərinə görə, media fəaliyyətində əsas xətt hər zaman dürüstlük və etik yanaşma olub.
Nailə İslamzadə həmçinin son müsahibələrindən birində səsləndirdiyi fikirlərin yanlış təqdim olunmasına etiraz edib. O qeyd edib ki, fikirlərinin təhrif edilməsi həm peşəkar mövqeyinə, həm də şəxsi imicinə zərər vurur.
Aparıcı jurnalistikanın əsas prinsiplərindən birinin müsahibənin olduğu kimi, təhrif olunmadan təqdim edilməsi olduğunu xatırladıb. O, bəzi hallarda bu qaydaya əməl olunmamasını media etikası baxımından problemli hal kimi dəyərləndirib.
Sonda o bildirib ki, əgər gələcəkdə onun fikirlərinə və mövqeyinə lazımi hörmət göstərilməsə, media qurumlarına müsahibə verməkdən imtina edə bilər.
News365.az