EN

Elektronika mağazasından bahalı telefon oğurlandı

Bakının Yasamal rayonunda elektronika mağazasından 2 min 900 manatlıq mobil telefon oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb.

Aznews.az xəbər verir ki, Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 36 yaşlı O.Burciyev saxlanılıb.

Araşdırmalarla məlum olub ki, o, satıcının başının qarışıq olmasından istifadə edərək əməli törədib. Saxlanılan şəxsin Nəsimi rayonu ərazisindəki mağazadan da 750 manat dəyərində qızıl-zinət əşyası talaması məlum olub.

Chosen
4
2
aznews.az

6Sources