AZ

Bakıda elektronika mağazasından 2900 manatlıq mobil telefon oğurlanıb

Bakıda elektronika mağazasından 2900 manatlıq mobil telefon oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb.

Bu barədə "Far.Az"a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Paytaxtın Yasamal rayonunda elektronika mağazalarının birindən 2900 manat dəyərində mobil telefon oğurlanıb. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 36 yaşlı O.Burciyev saxlanılıb. Araşdırmalarla məlum olub ki, o, satıcının başının qarışıq olmasından istifadə edərək əməli törədib. Saxlanılan şəxsin Nəsimi rayonu ərazisindəki mağazadan da 750 manat dəyərində qızıl-zinət əşyası talaması məlum olub.

Araşdırmalar davam etdirilir.

MƏLUMAT YENİLƏNİR ...

Seçilən
14
3
far.az

6Mənbələr