EN

Fransa millisinə şok zərbə - DÇ-2026-nı buraxacaq

style='margin-bottom:10px;'>

"Liverpul"un Çempionlar Liqasının 1/4 final mərhələsinin PSJ ilə cavab oyununda zədələnən futbolçusu Huqo Ekitikenin durumuna aydınlıq gəlib.

QOL.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb.

Müayinədən sonra axilles vətərindən zədə aldığı açıqlanıb. Ekitike mövsümünün qalan hissəsində oynamayacaq. "Liverpul" 23 yaşlı hücumçunun DÇ-2026-da Fransa millisinə kömək edə bilməyəcəyini də vurğulayıb. 

Qeyd edək ki, Ekitike cari mövsüm 45 matça çıxıb, 17 qol vurub və 6 qolun ötürməsini verib.

Chosen
18
1
teleqraf.com

2Sources