EN

Azərbaycan-Rusiya Hökumətlərarası Komissiyasının üzvləri Ağalı kəndində olub - Foto 

Azərbaycan-Rusiya Hökumətlərarası Komissiyasının üzvləri Zəngilanın Ağalı kəndində olublar...

APA-nın Zəngilana ezam olunmuş əməkdaşı xəbər verir ki, Zəngilan rayonunda səfərdə olan Hökumətlərarası Komissiyasının üzvləri ilk olaraq Ağalı kəndinə baş çəkiblər.

Qonaqlara Ağalı kəndində həyata keçirilən və təməli 2021-ci ilin aprelində Azərbaycan dövlət başçısı tərəfindən qoyulan “Ağıllı kənd” layihəsi çərçivəsində görülən işlərlə bağlı məlumat verilib.

Qeyd olunub ki, layihə çərçivəsində kənddə innovativ tikinti materiallarından istifadə olunmaqla, tam izolyasiya olunmuş 200 fərdi ekoloji ev, 360 şagird yerlik məktəb və 60 yerlik uşaq bağçası tikilib.

Kənd sakinləri ilə görüşən nümayəndə heyəti onların hazırladığı şirniyyata qonaq olublar.

Qeyd edək ki, Hökümətlərarası Komissiyasının 24-cü iclası Zəngilanda keçiriləcək.

İclasa Azərbaycan tərəfdən Baş nazirin müavini Şahin Mustafayev, Rusiya tərəfdən isə Baş nazirin müavini Aleksey Overçuk həmsədrlik edəcəklər. İclasa hər iki ölkənin müvafiq nazirlik və qurumlarının nümayəndələri qatılacaq.

Poliqon.info

Chosen
12
8
poliqon.info

10Sources