Azpost saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
Azərbaycan-Rusiya Hökumətlərarası Komissiyasının üzvləri Zəngilanın Ağalı kəndində aparılan bərpa-quruculuq işləri ilə tanış oldular
Zəngilan rayonunda səfərdə olan Hökumətlərarası Komissiyasının üzvləri ilk olaraq Ağalı kəndinə baş çərək orada aparılan quruculuq işləri ilə tanış olublar.
Qonaqlara Ağalı kəndində həyata keçirilən və təməli 2021-ci ilin aprelində dövlət başçısı tərəfindən qoyulan “Ağıllı kənd” layihəsi çərçivəsində görülən işlərlə bağlı məlumat verilib.
Qeyd olunub ki, layihə çərçivəsində kənddə innovativ tikinti materiallarından istifadə olunmaqla tam izolyasiya olunmuş 200 fərdi ekoloji ev, 360 şagird yerlik məktəb və 60 yerlik uşaq bağçası tikilib.
Kənd sakinləri ilə görüşən nümayəndə heyəti onların hazırladığı şirniyyata qonaq oldular.
Qeyd edək ki, Hökümətlərarası Dövlət Komissiyasının 24-cü iclası Zəngilanda keçiriləcək.
İclasa Azərbaycan tərəfdən baş nazirin müavini Şahin Mustafayev, Rusiya tərəfdən isə baş nazirin müavini Aleksey Overçuk həmsədrlik edəcəklər. İclasa hər iki ölkənin müvafiq nazirlik və qurumlarının nümayəndələri qatılacaqlar.
**
Azərbaycan-Rusiya Hökumətlərarası Komissiyasının üzvləri Zəngilan şəhərində aparılan bərpa-quruculuq işləri ilə tanış olublar.
APA xəbər verir ki, Zəngilan rayonunda səfərdə olan Hökumətlərarası Komissiyasının üzvləri rayon mərkəzinə baş çərək orada aparılan quruculuq işləri ilə yaxından tanış olublar.
Qonaqlara məlumat verilib ki, Zəngilan şəhərinin təsdiq edilmiş ümumi Baş Planına uyğun olaraq şəhərdə daxili yol-kommunikasiya şəbəkəsi, yaşayış kompleksləri və 1 inzibati bina, məktəb, uşaq bağçası, rayon mərkəzi xəstəxanası tikilir.
Yaşıllıq zonası ilə əhatə olunan ilk yaşayış məhəlləsi şəhərin mərkəzi hissəsində yerləşir. Birinci yaşayış məhəlləsində tikilən binalarda 104 mənzil var və onlar 2, 3, 4 və 5 otaqdan ibarətdir.
Bildirilib ki, məhəllədəki binaların inşasında modern və minimalistik memarlıq yanaşmalarından, həmçinin milli naxış elementlərindən də istifadə edilir.
Zəngilan Konqress Mərkəzi, məktəb, bağça və digər infrastruktur binaları eləcə də, yeni Zəngilan məscidi şəhərin müasir yaşayış məskəni olaraq simasını formalaşdıracaq.

AzPost.az
Paylaş
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.