EN

Azərbaycanda 255 şəxsin xarici diplomu tanınmayıb

Azərbaycanda

Azərbaycanda ilin ilk 3 ayında 255 şəxsin xarici diplomu tanınmayıbAzərbaycanda cari ilin yanvar-mart aylarında xarici kvalifikasiyaların tanınması ilə bağlı 1305 müraciət daxil olub, 255 nəfərin müraciəti mənfi qərarla yekunlaşıb.Ulusum.az xəbər verir ki, bu barədə Təhsildə Keyfiyyət Təminatı Agentliyi məlumat yayıb.Qeyd edilib ki, müraciətçilərin 1050-si barədə müsbət qərar verilib.Bildirilib ki, mənfi qərarla yekunlaşan müraciətlərə nəzər saldıqda, 110 fakt üzrə tədris yükünü mənimsəmək üçün təhsil alınan ölkənin ərazisində tələb olunan normativdən az olma, 50 əhəmiyyətli fərq (kredit sayı), 28 tədris yükünü mənimsəmək üçün təhsil alınan ölkənin ərazisində tələb olunan normativdən az olma və əhəmiyyətli fərq, 14 təhsilalma forması, 10 autentik (həqiqi) olmayan diplom, 10 ekvivalenti olmayan ixtisas, 9 qəbula əsas təşkil edən sənədə münasibətdə uyğunsuzluq, 3 akkreditasiyasız ali təhsil müəssisəsi, 3 baytarlıq (qiyabi), 3 ixtisas uyğunsuzluğu, 2 akkreditasiyasız ali təhsil müəssisəsi və tədris yükünü mənimsəmək üçün təhsil alınan ölkənin ərazisində tələb olunan normativdən az olma görülüb.Həmçinin 2 lisenziyasız Bakı filialı, 2 akkreditasiyasız filial və tədris yükünü mənimsəmək üçün təhsil alınan ölkənin ərazisində tələb olunan normativdən az olma, 2 əhəmiyyətli fərq və tədris yükü, 1 autentik olmayan diplom və tədris yükünü mənimsəmək üçün təhsil alınan ölkənin ərazisində tələb olunan normativdən az olma müəyyən edilib.1 əczaçılıq (qiyabi), 1 müvafiq kvalifikasiyanın verildiyi ölkənin kvalifikasiyalar çərçivəsində yerinin olmaması və əhəmiyyətli fərq, 1 tədris yükünü mənimsəmək üçün təhsil alınan ölkənin ərazisində tələb olunan normativdən az olma və qəbula əsas təşkil edən təhsilə münasibətdə uyğunsuzluq, 1 tədris yükünü mənimsəmək üçün təhsil alınan ölkənin ərazisində tələb olunan normativdən az olma və ixtisas uyğunsuzluğu, 1 tədris yükü, 1 təhsilalma forması və əhəmiyyətli fərqi göstərmək mümkündür.Ölkələr üzrə Türkiyədən 445, Rusiyadan 356, Ukraynadan 203, Böyük Britaniyadan 73, Gürcüstandan 46, Polşadan 27, İtaliyadan 21, Macarıstandan 19, Almaniyadan 12, Belarusdan 11, ABŞ-dən 10, Koreyadan 9, Qazaxıstan və Çinin hər birindən 6, Avstriya və İsveçrəin hər birindən 5, Çexiya, Latviya, Litva, Özbəkistan və İsveçin hər birindən 4, Fransa, Qırğızıstan, İran, Misir, Malayziya, həmçinin Niderland və Belçikanın hər birindən 2, Estoniya, İndoneziya, Kosta Rika, Moldova, Qana, Sudan, Yəmən, Banqladeş, Pakistan, İsrail, Kanada, Lüksemburq, Yaponiya, Danimarka və İspaniyanın hər birindən 1 müraciət qeydə alınıb.Ən çox müraciət olunan ixtisaslara gəlincə, hüquqşünaslıq üzrə 135, iqtisadiyyat üzrə 78, maliyyə üzrə 69, tibb üzrə 67, biznesin idarə edilməsi üzrə 63 müraciət qeydə alınıb.

Diqqət Çəkənlər

Kiberhücum, yoxsa texniki xəta? – RƏSMİ AÇIQLAMA

Zamanın nəbzini tutan xanım!

ATU-nun İctimaiyyətlə əlaqələr şöbəsinə yeni təyinat

Chosen
9
32
ulusum.az

10Sources