EN

Azərbaycanda taksi sektorunun inkişafı üçün 8.3 milyon manat investisiya “Leops” Kapital Bankla birlikdə FOTO

ain.az bildirir, Avtosfer portalına istinadən.

Spec-Taxi və Spec-Leasing tərəfindən yaradılmış yeni mobillik fintech platforması Leops, Azərbaycanda taksi sürücüləri üçün gəlir əsaslı avtomobil lizinq modelini genişləndirmək məqsədilə 8.3 milyon AZN həcmində investisiya cəlb etdiyini elan edib.Avtosfer.az xəbər verir ki, bu investisiya ölkənin aparıcı sərnişindaşıma platforması Bolt tərəfindən dəstəklənir və Azərbaycanın nüfuzlu maliyyə qurumlarından biri olan Kapital Bank tərəfindən maliyyələşdirilib.Sürücülər üçün yeni iş imkanları2018-ci ildə təsis edilən Spec-Taxi, Azərbaycanda rəsmi lisenziya əsasında fəaliyyət göstərən ilk və ən böyük taksi şirkəti olub və bu sahədə hüquqi və strukturlaşdırılmış xidmətlərə yol açıb. Leops platforması ilə şirkət artıq fintech sahəsinə daxil olaraq, sürücülərə həftəlik qazanc əsasında avtomobil icarəsi və mülkiyyətə keçid imkanı təqdim edib.“Bu layihə təkcə mobilliklə bağlı deyil – biz burada sürücülər üçün əvəzsiz fürsətlər təklif edirik,” – deyə Leops-un təsisçisi və baş direktoru Haşim Əliyev bildirib. “Sürücülərə müasir avtomobilləri qazanca əsaslanaraq əldə etmək imkanı veririk.”Bu təşəbbüs, Azərbaycan taksi parkını yeniləmək üzrə qəbul olunmuş qanunvericilik aktların və hibrid/elektrik avtomobillərə keçidi təşviq etmək siyasətinin məntiqi davamı kimi özəl sektorda öz əksini tapıb. Leops, bu keçidi sürətləndirmək üçün əhəmiyyətli bir rol oynayacaq.Leops platformasının əsas üstünlükləri●      Sürücülərin real gəlirinə əsaslanan lizinq modeli●     Rəqəmsal tətbiq ilə avtomobilin idarə olunması, ödənişlərin izlənməsi və sürücü qeydiyyatı●     Avtoparkın genişləndirilməsində ekoloji cəhətdən təmiz – hibrid və elektrik avtomobillərə üstünlükCəlb olunan bu kapital sayəsində Leops Bakı və regionlarda fəaliyyətini genişləndirəcək, yüzlərlə yeni sürücünü platformaya qoşacaq və Bolt ekosisteminə daha dərindən inteqrasiya olunacaq. Bu isə tam rəqəmsal, hüquqi tələblərə uyğun və sürücü yönümlü bir təcrübə təqdim edəcək.Leops haqqındaLeops – Spec-Taxi və Spec-Leasing tərəfindən yaradılmış mobillik fintech platformasıdır. Spec-Taxi 2018-ci ildə yaradılıb və Azərbaycanda ilk lisenziyalı taksi şirkəti kimi fəaliyyətə başlayıb. Bu gün isə şirkət texnologiya, çevik maliyyə həlləri və hüquqi və ekoloji standartlara sadiqliyi ilə sərnişindaşıma sahəsində transformasiyaya liderlik edir.Bolt haqqındaBolt dünyanın 50-dən çox ölkəsində fəaliyyət göstərən qlobal mobillik platformasıdır və istifadəçiləri vahid tətbiq vasitəsilə geniş xidmətlər spektri ilə birləşdirir. Bolt taksi şirkəti deyil, müstəqil sürücüləri, kuryerləri, biznesləri və istifadəçiləri bir araya gətirən texnologiya yönümlü platformadır. Sərnişindaşıma, yemək çatdırılması, mikromobillik və korporativ mobillik həlləri vasitəsilə Bolt rəqəmsal alətlər, çeviklik və təhlükəsizlik, səmərəlilik və dayanıqlı şəhər inkişafına güclü fokusla şəhər nəqliyyatını təkmilləşdirməyi hədəfləyir.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
24
4
avtosfer.az

5Sources