EN

Taksi sürücüləri üçün gəlir əsaslı avtomobil lizinqi 8,3 MİLYON MANAT İNVESTİSİYA CƏLB EDİLİB

Marja.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

"Spec-Taxi" və "Spec-Leasing" tərəfindən yaradılmış mobillik fintech platforması “Leops” "Kapital Bank"dan Azərbaycan taksi sektorunun inkişafı üçün 8.3 milyon mant investisiya cəlb edib.

Marja xəbər verir ki, "Leops", Azərbaycanda taksi sürücüləri üçün gəlir əsaslı avtomobil lizinq modelini genişləndirmək məqsədilə 8.3 milyon AZN həcmində investisiya cəlb etdiyini elan edir. Bu investisiya ölkənin aparıcı sərnişindaşıma platforması Bolt tərəfindən dəstəklənir və Azərbaycanın nüfuzlu maliyyə qurumlarından biri olan Kapital Bank tərəfindən maliyyələşdirilir.

VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Sürücülər üçün yeni iş imkanları

2018-ci ildə təsis edilən "Spec-Taxi", Azərbaycanda rəsmi lisenziya əsasında fəaliyyət göstərən taksi şirkətidir. Leops platforması ilə şirkət artıq fintech sahəsinə daxil olaraq, sürücülərə həftəlik qazanc əsasında avtomobil icarəsi və mülkiyyətə keçid imkanı təqdim edir.

“Bu layihə təkcə mobilliklə bağlı deyil – biz burada sürücülər üçün əvəzsiz fürsətlər təklif edirik,” – deyə Leops-un təsisçisi və baş direktoru Haşim Əliyev bildirib. “Sürücülərə müasir avtomobilləri qazanca əsaslanaraq əldə etmək imkanı veririk.”

Bu təşəbbüs, Azərbaycan taksi parkını yeniləmək üzrə qəbul olunmuş qanunvericilik aktların və hibrid/elektrik avtomobillərə keçidi təşviq etmək siyasətinin məntiqi davamıdır. 

Leops platforması - sürücülərin real gəlirinə əsaslanan hibrid və elektrik avtomobillərin lizinq modeli, rəqəmsal tətbiq ilə avtomobilin idarə olunması, ödənişlərin izlənməsi və sürücü qeydiyyatı təklif edir.  

Cəlb olunan bu kapital sayəsində "Leops" Bakı və regionlarda fəaliyyətini genişləndirəcək, yüzlərlə yeni sürücünü platformaya qoşacaq və Bolt ekosisteminə daha dərindən inteqrasiya olunacaq. Bu isə tam rəqəmsal, hüquqi tələblərə uyğun və sürücü yönümlü bir təcrübə təqdim edəcək.

İş elanları AzVak.az-da

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
11
4
marja.az

5Sources