Olaylar.az xəbər verir ki, bu barədə Suriya Xarici İşlər Nazirliyinin bəyanatına bildirilib.
Bəyanata görə, ABŞ-nin Suriyadakı hərbi missiyasını dayandırmaq qərarı dəyişən şəraitlə bağlıdır.
Xarici İşlər Nazirliyi vurğulayıb ki, bu gün Suriya dövləti beynəlxalq ictimaiyyətlə əməkdaşlıq çərçivəsində daxildə terrorizmə qarşı mübarizə səylərinə rəhbərlik etmək iqtidarındadır:
"Ölkənin şimal-şərqində əvvəllər SDQ-nin nəzarəti altında olan ərazilərin təhvil verilməsinin başa çatması SDQ-nin dövlət strukturlarına uğurlu inteqrasiyasını və Suriya dövlətinin terrorizmlə mübarizə və regional təhdidlərə qarşı mübarizə üçün tam məsuliyyəti üzərinə götürməsini əks etdirir".