EN

Lionel Messi futbol klubunun sahibi oldu

"İnter Mayami" və Argentina yığmasının hücumçusu Lionel Messi İspaniyanın üçüncü liqasında çıxış edən "Kornelya" futbol klubunu satın alıb.

"Yeni Sabah" xəbər verir ki, bu barədə komandanın mətbuat xidməti məlumat yayıb.

Tanınmış insayder Fabrisio Romanonun verdiyi xəbərə görə, ulduz futbolçu "Kornelya"nın səhmlərinin 100%-nə sahib olacaq.

Qeyd edək ki, "Kornelya" İspaniyanın üçüncü divizionunun turnir cədvəlində 30 turdan sonra 55 xalla üçüncü pillədə qərarlaşıb. Tanınmış futbolçular - müdafiəçi Xordi Alba və qapıçı David Raya karyeralarının başlanğıcında məhz bu klubun şərəfini qoruyublar./Oxu.az


Telegram kanalımız
Chosen
27
2
yenisabah.az

4Sources