Antalya. Trend:
Cənub Qaz Dəhlizindən tam şəkildə istifadə olunmalıdır.
Trend-in Türkiyəyəezam olunmuş xüsusi müxbiri xəbər verir ki, bu barədə Türkiyəninenergetika və təbii sərvətlər naziri Alparslan Bayraktar AntalyaDiplomatiya Forumunda bildirib.
“Cənub Qaz Dəhlizi tam gücü ilə istifadə olunmalıdır”, – deyənazir qeyd edib.
Onun sözlərinə görə, prioritet mövcud enerji infrastrukturundanmaksimum səmərəli istifadə etməkdir.
“Təklif etdiyimiz ilk addım mövcud infrastrukturdan tam şəkildəistifadə etməkdir. Artıq qeyd etmişik ki, ümumilikdə Avropa vəTürkiyəyə təxminən 16 milyard kubmetr qaztədarük olunur. Lakinəlavə olaraq daha 15–16 milyard kubmetr həcmində istifadə olunmayangüc mövcuddur. Kiçik investisiyalarla bu mövcud infrastrukturdanistifadə etməliyik”, – deyə Bayraktar bildirib.
Neft infrastrukturu barədə danışan nazir Bakı–Tbilisi–Ceyhanboru kəmərində əhəmiyyətli ehtiyat güclərin mövcud olduğunuvurğulayıb.
“Əlavə investisiyalar şəraitində , hesab edirəm ki, orada hələdə gündəlik ən azı 400, bəlkə də 500 min barel həcmində istifadəolunmayan güc mövcuddur. Buna görə də mövcud boru kəmərlərindənistifadə etməliyik”, – deyə nazir əlavə edib.