EN

Kobaxidze: Aİ uzun illərdir, ciddi və fundamental çağırışlarla üzləşir

Avropa İttifaqı (Aİ) uzun illərdir ciddi və fundamental çağırışlarla üzləşir.

"Far.Az"un Antalyaya ezam olunmuş müxbiri xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze Antalya Diplomatiya Forumunda bildirib.

Hökumət başçısı qeyd edib ki, müasir beynəlxalq vəziyyət ticarət marşrutları, energetika, nəqliyyat və qlobal iqtisadi sabitliyə təsir göstərən geosiyasi gərginlik və münaqişələrlə xarakterizə olunur.

Onun sözlərinə görə, bu şəraitdə fundamental həll yollarının tapılması zəruridir.

Kobaxidze vurğulayıb ki, Gürcüstan Avropa İttifaqının tamhüquqlu üzvü olmağa çalışır.

"Lakin biz həm də görürük ki, Avropa İttifaqı uzun illərdir, ciddi və fundamental çağırışlarla üzləşir. Aİ-nin güclü tərəfləri var idi: güclü identiklik, yüksək rifah səviyyəsi və demokratiya və hüququn aliliyi sahəsində liderlik. Amma Avropa İttifaqının indiki vəziyyətinə baxsaq, o, bütün bu istiqamətlərdə problemlərlə üzləşir və bu, bizdə narahatlıq doğurur", - o bildirib.

Baş nazir gələcəkdə Aİ-dəki vəziyyətin yaxşılaşacağına ümidvar olduğunu deyib.

Chosen
44
far.az

1Sources