EN

BMT Fars körfəzində tıxanmış gəmilərin sayınıAÇIQLADI

Beynəlxalq Dəniz Təşkilatının (IMO) baş katibi Arsenio Dominqes Fars körfəzində yaranmış vəziyyətlə bağlı açıqlama verib.

Redaktor.az xəbər verir ki, bu barədə “El Pais” qəzetinə istinadən məlumat yayılıb.

O bildirib ki, ABŞ–İsrail və İran arasında gərginlik səbəbindən Fars körfəzində təxminən 2000 gəmi və 20 min dənizçi tıxac vəziyyətində qalıb.

Dominqes vəziyyəti xüsusilə dənizçilər üçün kritik adlandırıb və onların qida, su və yanacaqla təmin olunmasının vacibliyini vurğulayıb.

Onun sözlərinə görə, region ölkələri dənizçilərə mümkün yardımı göstərir, lakin vəziyyət uzandıqca risklər də artır.

BMT rəsmisi həmçinin bildirib ki, gəmilərin təxliyəsi üçün plan hazırlanıb və bu proses İran və Oman da daxil olmaqla bir sıra ölkələrlə müzakirə olunur.

Qeyd edilib ki, təxliyə prosesi bir neçə həftə çəkə bilər.

IMO baş katibi əlavə edib ki, vəziyyət normallaşdıqdan sonra Hörmüz boğazında gündəlik 130–135 gəminin əvvəlki qaydada hərəkəti bərpa olunacaq.

Aminə ŞAHSUVARQIZI

Chosen
39
1
redaktor.az

2Sources