EN

İran Hörmüz boğazını açdı -

İran Hörmüz boğazını bütün kommersiya gəmilərinin keçidi üçün yenidən açdığını elan edib.Metbuat.azKredit.az-a istinadən xəbər verir ki, məlumatı İranın xarici işlər naziri Abbas Əraqçi “X” sosial şəbəkəsində paylaşıb. Nazirin sözlərinə görə, Hörmüz boğazı vasitəsilə ticarət gəmilərinin hərəkəti Livanda əldə olunmuş atəşkəs razılaşmasına uyğun olaraq bərpa edilir. O bildirib ki, atəşkəs müddəti ərzində keçid İran İslam Respublikasının Limanlar və Dənizçilik Təşkilatının müəyyən etdiyi koordinasiyalı marşrut üzrə tam açıq olacaq.Xatırladaq ki, İran bölgədə artan hərbi-siyasi gərginlik fonunda daha əvvəl Hörmüz boğazında gəmi keçidinə məhdudiyyət tətbiq etmişdi.

Hörmüz boğazı dünya enerji daşımalarının mühüm hissəsinin həyata keçirildiyi əsas dəniz marşrutlarından biri hesab olunur. Buna görə də boğazın yenidən açılması beynəlxalq ticarət və enerji bazarları baxımından əhəmiyyətli addım kimi qiymətləndirilir.

Chosen
12
50
metbuat.az

10Sources