EN

Karapetyanın qardaşı Paşinyana meydan oxudu

Ermənistanda məhkəmə prosesi fonunda siyasi gərginlik daha da artır — Samvel Karapetyanın qardaşı hakimiyyətə sərt mesaj verdi.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, məhkəmənin qərarından asılı olmayaraq davranışlarının dəyişməyəcəyini bildirən “Güclü Ermənistan” Partiyasının lideri Samvel Karapetyanın qardaşı Karen Karapetyan hakimiyyətə açıq şəkildə meydan oxuyub.

O, 17 aprel tarixində məhkəmə binası qarşısında jurnalistlərə açıqlamasında bildirib ki, qardaşı barədə həbs-qətimkan tədbirinin dəyişdiriləcəyini gözləsə də, bu qərarın onların siyasi kursuna təsir etməyəcəyini deyib.

Karen Karapetyan Ermənistanın baş naziri Nikol Paşinyanın Samvel Karapetyanla bağlı səsləndirdiyi iddialara istehzalı reaksiya verib. O, Paşinyanın Karapetyanın vədlərini yerinə yetirə bilməyəcəyi və əmlakını itirəcəyi barədə fikirlərinə cavab olaraq qeyd edib ki, əksinə, onun biznesləri hətta bu şəraitdə belə inkişaf edir.

Qeyd edək ki, Samvel Karapetyan barəsində 10 aylıq istintaqdan sonra 15 apreldə məhkəmə prosesi başlayıb. O, çirkli pulların yuyulmasından tutmuş digər ittihamlara qədər bir sıra maddələr üzrə təqsirləndirilir.

Musavat.com

Chosen
10
musavat.com

1Sources