EN

İrem Helvacıoğlu boşandı

İrem Helvacıoğlu boşandıTürkiyəli məşhur aktrisa İrem Helvacıoğlu ilə həyat yoldaşı Ural Kaspar arasında boşanma baş tutub.

Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, cütlüyün 1,5 illik evliliyi məhkəmədə bir iclasda rəsmən başa çatıb. 2025-ci ildə dünyaya gələn Sora adlı qız övladları ilə diqqət çəkən cütlük daha əvvəl dəfələrlə ayrılıq xəbərləri ilə gündəmə gəlsə də, aktrisa bu iddiaları qətiyyətlə təkzib etmişdi.

Boşanmanın ardından Helvacıoğlu sosial media hesabında dəyişiklik edərək "Kaspar" soyadını profilindən silib. O, eyni zamanda keçmiş həyat yoldaşı ilə olan fotolarını da hesabından silib.

Qeyd edək ki, cütlüyün ayrılığı sosial mediada geniş müzakirələrə səbəb olub.

Chosen
21
sonxeber.az

1Sources