EN

Dövlət əmlakından büdcəyə daxilolmalar açıqlandı

Bakı. Trend:

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətitərəfindən 2026-cı ilin yanvar-mart ayları ərzində özəlləşdirmə vəicarədən dövlət büdcəsinə 93,6 milyon manat vəsaitin ödənilməsitəmin edilib.

Trend bubarədə dövlət xidmətinə istinadən xəbər verir.

Bildirilib ki, Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən2026-cı ilin yanvar-mart ayları ərzində 14 hərrac keçirilib.Hərraclarda 3 səhmdar cəmiyyətinin səhm paketi və 298 nəqliyyatvasitəsi özəlləşdirilib.

Cari ilin yanvar-mart ayları ərzində özəlləşdirmədən dövlətbüdcəsinə daxilolmalar 79,8 milyon manat təşkil edib.

Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən bu ilin yanvar-martayları ərzində 141-i qeyri-yaşayış, 1.127-si torpaq sahələri üzrəolmaqla 1.268 yeni icarə müqaviləsi bağlanılıb. Hesabat dövrüərzində daşınmaz dövlət əmlakının (qeyri-yaşayış və torpaqsahələrinin) icarəsindən dövlət büdcəsinə 13,8 milyon manatvəsaitin ödənilməsi təmin olunub.

Beləliklə, 2026-cı ilin yanvar-mart ayları ərzində dövlətəmlakının özəlləşdirilməsindən və icarəsindən büdcəyə ümumilikdə93,6 milyon manat vəsait daxil olub.

Məqalədə:
Chosen
39
7
az.trend.az

8Sources