
Qazaxıstanın Manqistau vilayətinin Tupkaraqan rayonunda, Xəzər dənizinin sahilində 97 ölü suiti cəsədi tapılıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə ölkənin Kənd Təsərrüfatı Nazirliyinin Balıqçılıq Komitəsi məlumat yayıb.
Agentliyin məlumatına görə, 17 aprel tarixinə olan məlumata görə, qərb küləyi 97 ölü suiti cəsədini Tupkaraqan rayonu daxilində Xəzər dənizinin sahilinə aparıb. Mütəxəssislər heyvanların ölüm səbəbini müəyyən etmək üçün yerində cəsədlərdən nümunələr toplayıblar.