EN

İran Trampı təkzib etdi: Nüvə ehtiyatı ölkədən çıxmayacaq

İranda Donald Trampın zənginləşdirilmiş uranın ABŞ ilə birgə ölkədən çıxarılması barədə iddiası təkzib olunub.

Musavat.com xəbər verir ki, İran Xarici İşlər Nazirliyinin nümayəndəsi İsmayıl Bəqai bildirib ki, zənginləşdirilmiş uran heç vaxt başqa ölkəyə verilməyəcək. 

eec62464-3d5b-45d1-88b9-5b238ec2215c.jpg

Rəsmi Tehran vurğulayıb ki, nüvə proqramı ilə bağlı hər hansı addım yalnız İran ərazisində və beynəlxalq nəzarət çərçivəsində müzakirə oluna bilər. Bu isə uranın ölkədən çıxarılması variantını tam istisna edir.

Bununla yanaşı, İran tərəfi ABŞ-nin Hörmüz boğazı ilə bağlı ziddiyyətli açıqlamalarını da sərt tənqid edib. Bildirilib ki, Vaşinqtonun bu cür bəyanatları onun çarəsiz mövqeyindən irəli gəlir.

 

Musavat.com

Chosen
13
35
musavat.com

10Sources