EN

Lənkəranda zəncirvari qəza olub, 7 nəfər xəsarət alıb

Lənkəran, 18 aprel, AZƏRTAC

Lənkəranda baş verən zəncirvari yol-nəqliyyat hadisəsi nəticəsində 7 nəfər xəsarət alıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə Lənkəran–Boradigah–Masallı magistralında, rayonun Girdəni kəndi ərazisində baş verib.

Lənkəran rayonunun Separadi kənd sakini, 1996-cı il təvəllüdlü Elmar Hünər oğlu Cəfərli idarə etdiyi “Renault” markalı nəqliyyat vasitəsi ilə hərəkətdə olarkən Vilvan kənd sakini, 2002-ci il təvəllüdlü Şərif Şəfi oğlu Hüseynzadənin idarə etdiyi “Toyota Prius” markalı minik avtomobili ilə toqquşub. Toqquşmanın təsirindən “Toyota Prius” digər “Toyota” markalı nəqliyyat vasitəsinə çırpılıb.

Zəncirvari qəza nəticəsində hər iki sürücü olmaqla ümumilikdə 7 nəfər xəsarət alıb. Yaralananlar arasında Separadi kənd sakinləri – 1977-ci il təvəllüdlü Fuad Nayib oğlu Şərifov, 1995-ci il təvəllüdlü Ağadadaş Səməd oğlu Ağazadə, 1978-ci il təvəllüdlü Ramil Rəsul oğlu Məmmədov, həmçinin Vilvan kənd sakinləri – 1999-cu il təvəllüdlü Elşad Qılman oğlu Musazadə və 1999-cu il təvəllüdlü Ramil Əbülfət oğlu Əzimov da var.

Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunublar və onlara zəruri ilkin tibbi yardım göstərilib. Vəziyyəti daha ağır olan R. Məmmədov reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Müxbir- İlkin Adıyev

Chosen
7
5
azertag.az

7Sources