EN

ABŞ-dan gözlənilməz qərar: Rusiya neftinə yeni nəfəslik açıldı

ABŞ 17 apreldən əvvəl tankerlərə yüklənmiş Rusiya mənşəli neft və neft məhsullarının satışına, daşınmasına və boşaldılmasına 16 maya qədər icazə verib.

Musavat.com xəbər verir ki, bu, ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsinin (OFAC) saytında dərc olunmuş ümumi lisenziyanın mətnində yer alıb. Qərar ABŞ-ın sanksiya siyahısına daxil edilmiş tankerlərə yüklənən nefti də əhatə edir.

Sənəddə vurğulanır ki, lisenziya işğal olunmuş Ukrayna ərazilərindən, eləcə də İran, Kuba və KXDR daxil olmaqla bir sıra Rusiya bölgələri ilə əlaqəli əməliyyatlara icazə vermir. Buradan belə nəticə çıxır ki, yeni ümumi lisenziya ABŞ Maliyyə Nazirliyi tərəfindən 19 martda verilmiş və 11 apreldə müddəti bitmiş oxşar lisenziyanı "tamamilə əvəz edir".

Maraqlıdır ki, aprelin 16-da ABŞ maliyyə naziri Skott Benset Rusiya nefti ilə bağlı yumşalmanın olmayacağını elan etmişdi.

Rusiya prezidentin xüsusi nümayəndəsi, aprelin əvvəlində ABŞ və BƏƏ-də Amerika administrasiyasının nümayəndələri ilə “sırf iqtisadi əməkdaşklıq” üzrə danışıqlar aparmış Kirill Dmitriyev OFAC lisenziyasına dərhal münasibət bildirib: "Rusiya iqtisadi və enerji məsələləri üzrə ABŞ ilə əməkdaşlığı davam etdirir".

Musavat.com

Chosen
29
musavat.com

1Sources