EN

Gecə saatlarında ağır qəza – 7 YARALI

Lənkəranda zəncirvari yol qəzasında 7 nəfər xəsarət alıb.

NOCOMMENT.az xəbər verir ki, hadisə Lənkəran-Boradigah-Masallı magistralında, rayonun Girdəni kəndi ərazisində baş verib.

Belə ki, rayonun Separadi kənd sakini, 1996-cı il təvəllüdlü Elmar Hünər oğlu Cəfərlinin idarə etdiyi “Renault” markalı nəqliyyat vasitəsi hərəkətdə olarkən Lənkəran rayonunun Vilvan kənd sakini, 2002-ci il təvəllüdlü Şərif Şəfi oğlu Hüseynzadənin idarə etdiyi “Toyota Prius” markalı minik avtomobili ilə toqquşub. “Toyota Prius” sonra digər “Toyota” markalı avtomobilə çırpılıb.

Zəncirvari yol qəzası nəticəsində 7 nəfər, o cümlədən hər iki sürücü və Separadi kənd sakinləri; 1977-ci il təvəllüdlü Fuad Nayib oğlu Şərifov, 1995-ci il təvəllüdlü Ağadadaş Səməd oğlu Ağazadə, 1978-ci il təvəllüdlü Ramil Rəsul oğlu Məmmədov, eləcə də Lənkəran rayonunun Vilvan kənd sakinləri – 1999-cu il təvəllüdlü Elşad Qılman oğlu Musazadə və 1999-cu il təvəllüdlü Ramil Əbülfət oğlu Əzimov müxtəlif dərəcəli xəsarətlər alıblar.

Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Vəziyyəti ağır olan R.Məmmədov reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır. (report)

Chosen
2
17
nocomment.az

10Sources