AZ

Lənkəranda yol qəzası: 7 nəfər yaralandı

Lənkəranda zəncirvari qəza olub, 7 nəfər xəsarət alıb.

"Unikal" xəbər verir ki, hadisə Lənkəran-Boradigah-Masallı magistralının Lənkəran rayonunun Girdəni kəndi ərazisində qeydə alınıb.

Belə ki, Lənkəran rayonunun Separadi kənd sakini 1996-cı il təvəllüdlü Elmar Hünər oğlu Cəfərli idarə etdiyi "Renault" markalı nəqliyyat vasitəsi ilə hərəkətdə olarkən Lənkəran rayonunun Vilvan kənd sakini 2002-ci il təvəllüdlü Şərif Şəfi oğlu Hüseynzadənin idarə etdiyi "Toyota Prius" markalı minik avtomobili ilə toqquşub.

"Toyota Prius" isə digər "Toyota" markalı nəqliyyat vasitəsinə çırpılıb. Zəncirvari qəza nəticəsində 7 nəfər, hər iki sürücü və Lənkəran rayonunun Separadi kənd sakinləri 1977-ci il təvəllüdlü Fuad Nayib oğlu Şərifov, 1995-ci il təvəllüdlü Ağadadaş Səməd oğlu Ağazadə, 1978-ci il təvəllüdlü Ramil Rəsul oğlu Məmmədov, eləcə də Lənkəran rayonunun Vilvan kənd sakinləri 1999-cu il təvəllüdlü Elşad Qılman oğlu Musazadə və 1999-cu il təvəllüdlü Ramil Əbülfət oğlu Əzimov müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Onlar Lənkəran Rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunublar.

Faktla bağlı araşdırma aparılır.

Xəlil Əliyev

Seçilən
14
17
unikal.az

10Mənbələr