EN

Avtomobil piyadanı vuraraq öldürdü

Neftçalada piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Metbuat.az Report-a istinadən xəbər verir ki, hadisə Salyan-Neftçala avtomobil yolunun rayonun Kürqarabucaq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, 1988-ci il təvəllüdlü Teymur Nağıyev avtomobili ilə yolu keçən piyada 1941-ci il təvəllüdlü Həsənov Vahid Nüsrət oğlunu vuraraq öldürüb.

Faktla bağlı araşdırma aparılır.

Chosen
15
11
metbuat.az

10Sources