EN

Lənkəranda ağır QƏZA – 7 nəfər yaralandı

Lənkəranda zəncirvari qəza olub, 7 nəfər xəsarət alıb.

NOCOMMENT.az cənub bürosunun verdiyi xəbərə görə hadisə Lənkəran-Boradigah-Masallı magistralında, Lənkəran rayonunun Girdəni kəndi ərazisində baş verib. Lənkəran rayonunun Separadi kənd sakini 1996-cı il təvəllüdlü Elmar Hünər oğlu Cəfərli idarə etdiyi “Renault” markalı nəqliyyat vasitəsi ilə hərəkətdə olarkən Lənkəran rayonunun Vilvan kənd sakini 2002-ci il təvəllüdlü Şərif Şəfi oğlu Hüseynzadənin idarə etdiyi “Toyota Prius” markalı minik avtomobili ilə toqquşub.

“Toyota Prius” isə digər “Toyota” markalı nəqliyyat vasitəsinə çırpılıb. Zəncirvari qəza nəticəsində 7 nəfər, hər iki sürücü və Lənkəran rayonunun Separadi kənd sakinləri 1977-ci il təvəllüdlü Fuad Nayib oğlu Şərifov, 1995-ci il təvəllüdlü Ağadadaş Səməd oğlu Ağazadə, 1978-ci il təvəllüdlü Ramil Rəsul oğlu Məmmədov, eləcə də Lənkəran rayonunun Vilvan kənd sakinləri 1999-cu il təvəllüdlü Elşad Qılman oğlu Musazadə və 1999-cu il təvəllüdlü Ramil Əbülfət oğlu Əzimov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Lənkəran rayon mərkəzi xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunublar.

Yaralılara zəruri ilkin tibbi xidmətlər göstərilib. Vəziyyəti daha ağır olan R.Məmmədov reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

NOCOMMENT.az

Chosen
8
9
nocomment.az

10Sources