EN

Prezidentin iqlim məsələləri üzrə nümayəndəsi: İqlim maliyyələşdirilməsinə daha çox iştirakçı və töhfəçi cəlb etməliyik

Antalya, 18 aprel, AZƏRTAC

Özəl sektorun marağını yenidən iqlim maliyyələşdirilməsinə yönəltmək vacibdir. Çünki gələcəkdə əsas maliyyə mənbələrindən biri məhz özəl sektor olacaq. Bu, həm qrant mexanizmləri ilə tamamlanacaq, həm də təxminən 1,3 trilyon dollarlıq razılaşma çərçivəsində öz əksini tapacaq.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi, COP29-un Prezidenti Muxtar Babayev V Antalya Diplomatiya Forumu çərçivəsində “COP31-ə doğru: Geosiyasi çağırışların yaşandığı bir dövrdə iqlim fəaliyyətinin gücləndirilməsi” mövzusunda keçirilən panel iclasda çıxışı zamanl səsləndirib.

O, özəl sektorun gözləmə mövqeyində olduğunu, onların çoxtərəfli inkişaf banklarının, böyük və zəngin ölkələrin hansı istiqamətdə addım atacağını izlədiklərini bildirib: “Buna görə də iqlim maliyyələşdirilməsinə daha çox iştirakçı və töhfəçi cəlb etmək istiqamətində səylərimizi davam etdirməliyik”. 

Günel Karatepe
AZƏRTAC-ın xüsusi müxbiri
Antalya
Chosen
29
4
azertag.az

5Sources