EN

Liderləri diz çökdürən qadın Bu dəfə Makronla fotoları viral oldu

GlobalInfo portalından verilən məlumata əsasən, ain.az bildirir.

Fransa Prezidenti Emmaneul Makronun İtaliyanın Baş naziri Corciya Meloni ilə səmimi görüşü müzakirələrə səbəb olub. 

Globalinfo.az xəbər verir ki, Makron Yelisey sarayında keçirilən görüş zamanı Melonini xüsusi səmimiyyətlə salamlayıb, onu qucaqlayıb və öpüb.

Görüntülər sosial şəbəkələrdə və mediada gündəm olub.

Aprelin 17-də Corciya Meloninin Albaniyaya səfəri zamanı da maraqlı anlar yaşanıb. Belə ki, Albaniyaya Baş naziri Edi Rama rəsmi iqamətgahı olan Çigi Sarayının həyətində rəsmi qarşılama zamanı Melonini qarşısında diz çöküb.

Edi Rama 2025-ci ilin yanvarında Əbu-Dabidə keçirilən beynəlxalq sammit zamanı, həmçinin ötən ilin mayında Tiranada “Avropa Siyasi Birliyi” 6-cı Zirvə toplantısının açılış mərasimində də Meloni qarşısında diz çökmüşdü.

Liderlər arasında Corciya Meloniya qarşı xüsusi hörmət və səmimiyyət diqqət çəkir.

https://cdn.globalinfo.az/2026/04/ssstwitter.com_1776502873579.mp4

https://cdn.globalinfo.az/2026/04/ssstwitter.com_1776503050259.mp4

Əliyar Xəlil

Globalinfo.az 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
14
globalinfo.az

1Sources