Bakı. Trend:
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov AntalyaDiplomatiya Forumu çərçivəsində NATO-nun Baş katibinin müavini,Tərəfdaşlıqlar üzrə Baş köməkçisi və Qafqaz və Mərkəzi Asiya üzrəXüsusi Nümayəndəsi səfir Kevin Hamiltonla görüşüb.
Bu barədə Trend-ə Xarici İşlər Nazirliyindən məlumatverilib.
Bildirilib ki, tərəflər Azərbaycan–NATO arasında uzunmüddətliəməkdaşlığın əhəmiyyətini vurğulayaraq “Sülh naminə tərəfdaşlıq”proqramı çərçivəsində həyata keçirilən fəaliyyətləri diqqətəçatdırıblar.
Müzakirələr zamanı enerji təhlükəsizliyi və kritikinfrastrukturun qorunması sahələrində tərəfdaşlığın daha da inkişafetdirilməsi perspektivləri nəzərdən də keçirilib.
Nazir həmkarını regional inkişaflar, o cümlədən Ermənistanlapost-münaqişə normallaşma prosesi, azad olunmuş ərazilərdə aparılanbərpa-quruculuq işləri və davamlı sülhə nail olunması istiqamətindəgörülən tədbirlər barədə məlumatlandırıb.
Həmçinin qlobal təhlükəsizlik çağırışları, Yaxın Şərqdəgərginliyin azaldılması, beynəlxalq humanitar hüquqa hörmət vəmülki əhalinin qorunması məsələləri ətrafında fikir mübadiləsiaparılıb.