EN

XİN rəhbəri ruandalı həmkarı ilə müzakirə apardı

Ajans.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin "X" hesabında məlumat verilib. Bildirilib ki, görüşdə iki ölkə arasında ikitərəfli və çoxtərəfli əməkdaşlığın perspektivləri müzakirə olunub.

Həmçinin qeyd edilib ki, coğrafi məsafəyə baxmayaraq, iki ölkə arasında əməkdaşlığın inkişaf etdirilməsi gündəmdədir və bu istiqamətdə siyasi məsləhətləşmələr mexanizminin prosesə müsbət töhfə verəcəyinə əminlik ifadə edilib.

Chosen
16
2
Ajans.az

4Sources