Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün keçirdiyi brifinqdə ölkədəki radikal müxalifət qüvvələrini kəskin tənqid edərək, onları Ermənistanı fəlakətə sürükləməkdə ittiham edib.
Musavat.com xəbər verir ki, hökumət başçısı müxalifətin artıq açıq şəkildə Qarabağın hərbi yolla yenidən işğal edilməsi planlarından danışdığını ifşa edib.
Paşinyanın Ermənistanın daxili siyasi gərginliyi və yeni müharibə riski ilə bağlı şok açıqlamaları:
"Mən əvvəllər bu qüvvələrin (müxalifətin – red.) uğur qazanmasının müharibə demək olduğunu söyləyəndə, onlar buna çox aktiv şəkildə etiraz edirdilər. İndi isə həmin insanlar Qarabağın müharibə yolu ilə ələ keçirilməsindən açıq danışırlar. Bunun Ermənistan Respublikası üçün necə böyük bir fəlakət potensialı daşıdığını anlayırsınızmı? Onlar artıq hər şeyi açıq mətnlə deyirlər", — deyə Paşinyan bildirib. Baş nazir vurğulayıb ki, müxalifət liderlərinin bu cür bəyanatları Ermənistanın suverenliyini və mövcudluğunu birbaşa təhlükə altına qoyur. Paşinyanın sözlərinə görə, revanşist meyillər Azərbaycanla aparılan sülh prosesini pozmaqla yanaşı, regionda Ermənistanın tamamilə təcrid olunmasına və yeni, daha dağıdıcı hərbi toqquşmalara səbəb ola bilər.
Bu bÉ™yanat İrÉ™vanda Antikorrupsiya MÉ™hkÉ™mÉ™si qarşısında Samvel Karapetyanın tÉ™rÉ™fdarları ilÉ™ polis arasında baÅŸ verÉ™n qanlı toqquÅŸmalar vÉ™ 17 nÉ™fÉ™rin saxlanılmasından dÉ™rhal sonra sÉ™slÉ™nib. PaÅŸinyan bununla hÉ™m dÉ™ xalqa mesaj verÉ™rÉ™k, müxalifÉ™tin hakimiyyÉ™tÉ™ gÉ™lmÉ™sinin sülhün deyil, qaçılmaz bir müharibÉ™nin baÅŸlanğıcı olacağını xatırladıb.Â