EN

"17 yaşımda verdiyim qərarın doğru olduğunu anladım" - FOTOLAR

"Dünyada baş verən son hadisələrdən anlayıram 17 yaşımda verdiyim qərarın nə qədər doğru olduğunu. Qərarımsa "nə olursa-olsun, ayda 1 dəfə ya hansısa tarixi məkanları kəşf etmək, ya alınırsa, ölkədən çıxış və dünyanın tarixi yerlərinə səyahət".

Bu sözləri aktrisa Zarina Qurbanova sosial şəbəkədə yazıb.

Gürcüstan və İspaniya səyahətlərindən fotolar paylaşan aktrisa gəzinti sevgisindən bəhs edib:

"O zamanlardan elə şəhər daxili məkan kəşfləri etdim, sonradan rayonlar və daha sonra imkan olduqca ölkə xaricinə çıxdım. Yəni söhbət pul yox, məhz kəşf etmək, araşdırmaq, beyini daimi işlək düşündürmək vəziyyətində saxlamaq və yeni emosiyalar, həyəcan, həyat eşqini artırmaqdan gedir. Düz söhbətdir, "adama gəzmək qalır, 5 günlük dünyadır". (Axşam.az)

Chosen
17
8
musavat.com

9Sources