EN

Oman sahillərində növbəti gəmi insidenti baş verib » AzadMedia.az


Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları Mərkəzi (UKMTO) Oman sahillərində növbəti gəmi insidentinin baş verdiyini bildirib.

Bu barədə mərkəzin açıqlamasında deyilir.

"UKMTO-ya Omandan üç dəniz mili (5,5 kilometr) şərqdə baş vermiş insidentlə bağlı məlumat daxil olub. Kapitan gəminin yaxınlığında su sıçrantıları gördüyünü bildirib", – məlumatda qeyd olunur.

Bildirilib ki, insidentin kruiz gəmisi ilə bağlı olduğu müəyyən edilib.

"Gəmilərə hər hansı şübhəli fəaliyyət barədə UKMTO-nu məlumatlandırmaları tövsiyə olunur", – məlumatda vurğulanıb.
Chosen
16
7
azadmedia.az

8Sources