EN

Bu gün paytaxtın 556 küçəsi yuyuldu Fotolar Yenilənib

Qafqazinfo saytından verilən məlumata görə, ain.az xəbər verir.

Aprelin 18-də Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən paytaxtda növbəti daxili iməcilik keçirilib.

“Qafqazinfo” xəbər verir ki, iməcilik zamanı həm şəhər mərkəzində, həm də paytaxt qəsəbələrindəki prospekt və küçələr, ara yollar səhər saatlarından Bakı Şəhər İcra Hakimiyyəti Kommunal təsərrüfat xidmətlərinin texnikası bitki və canlılara zərər verməyən yuyucu maddələrlə küçələrin yuyulmasını aparıb, yol kənarlarında əsaslı təmizlik işləri görülüb.

Həmçinin səki kənarlarının, bordürlərin və buradakı işıq dirəklərinin, məhəccərlərin, park və istirahət yerlərində oturacaqların, avtobus dayanacaqlarının yuyulması həyata keçirilib. Həyət və yaşayış məhəllələrində təmizlik işləri görülüb. Yol kənarlarındakı ictimai-iaşə, ticarət və digər obyektlərin vitrinləri təmizlənib, ətrafında səliqə-sahman işləri aparılıb.

Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi əməkdaşları tərəfindən gün ərzində yol və prospektlərin kənarlarındakı ağacların və yaşıllıqların üzərinə yığılan toz-torpağın yuyulması, onlara aqrotexniki qulluq göstərilməsi də həyata keçirilib, zədələnən budaqları budanıb. Eyni zamanda, rəngbərəng güllər əkilib, müxtəlif güllərdən kompozisiyalar yaradılıb.

Ümumilikdə, paytaxtın bütün rayonlarını əhatə edən genişmiqyaslı təmizlik işləri yaz mövsümündə Bakı şəhərinin sanitar vəziyyətinin daha da yüksəldirilməsinə öz tövhəsini verəcək.

***

Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən verilən məlumata görə, aprelin 18-də Bakı şəhər kommunal xidmətləri  tərəfindən paytaxtda və onun qəsəbələrində təmizliklə bağlı keçirilən daxili iməclikdə küçə və yol kənarlarına, həyət və məhəllələrə yayılan tozun təmizlənməsi, mövcud yaşıllıqlara qulluq göstərilməsi həyata keçirilib.

Səhər saatlarından etibarən Bakı Şəhər İcra Hakimiyyətinin kommunal təsərrüfat xidmətlərinin texnikası tərəfindən şəhərin və qəsəbələrin 556 küçəsi və məhəllədaxili yolların yuyucu maddələrlə yuyulması təmin edilib.

Paytaxtın bütün rayonlarını əhatə edən genişmiqyaslı təmizlik işləri yaz mövsümündə Bakı şəhərinin sanitar vəziyyətinin daha da yüksəldirilməsinə öz tövhəsini verib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
7
15
qafqazinfo.az

10Sources