EN

Fransanın rəsmi saytında qəribə səhv: Ermənistan bölməsində Azərbaycan bayrağı yerləşdirildi

Fransa Ədliyyə Nazirliyi rəsmi saytında maraqlı və eyni zamanda diqqətçəkən texniki səhv aşkarlanıb.

Musavat.com xəbər verir ki, nazirliyin saytında Ermənistanla bağlı bölmədə 2024-cü ilin avqust ayından etibarən Azərbaycan bayrağı yerləşdirilib.

Bu vəziyyət uzun müddətdir dəyişdirilməyib və məsələ ilə bağlı heç bir rəsmi reaksiya verilməyib.

Qeyd olunur ki, texniki səhv kimi qiymətləndirilən bu hal artıq təxminən iki ilə yaxındır ki, qüvvədə qalır. Maraqlı məqam isə odur ki, bu müddət ərzində nə saytın administratorları, nə də məsul qurumlar tərəfindən problem aradan qaldırılıb.

Musavat.com

Chosen
19
2
musavat.com

4Sources