EN

ABŞ və İran nüvə məsələlərinin 80% i üzrə razılığa gəlib Munir

ain.az xəbər verir, Turkstan.az saytına əsaslanaraq.

Antalya Diplomatiya Forumu çərçivəsində əldə edilən pərdəarxası məlumata görə, Pakistan Ordusunun Baş Qərargah rəisi, marşal Asim Munir atəşkəslə bağlı 4–5 saat davam edən danışıqlar aparıb.

Turkustan.az xəbər verir ki, bildirilib ki, Munir dünən gecə Antalyaya gələrək uzunmüddətli görüş keçirib.

Mənbələrin məlumatına görə, ABŞ və İran nüvə məsələlərinin təxminən 80 faizi üzrə razılıq əldə ediblər.

İddia olunan formulaya əsasən, İranın zənginləşdirilmiş uranı ölkədən çıxarılaraq başqa ölkəyə göndəriləcək. Türkiyə və Pakistanın potensial alıcılar arasında olduğu bildirilir. Həmçinin qeyd olunur ki, ABŞ bu uranı əldə etmək üçün məlumat mübadiləsi təklif edib, lakin İran bu təklifi rədd edib.

Aytən Yaşar/ Turkustan.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
14
1
icma.az

2Sources