EN

Bakıdan strateji gediş: Böyük güclərin bölgədəki "İran oyunu" pozuldu - ŞOK DETALLAR (VİDEO)

“Cənubi Qafqaz həssas bölgədir. Qonşularımız bəllidir, bizə qarşı şimaldan və cənubdan hər zaman təzyiqlər olub. Amma biz bu son təhlükələrdən sığortalana bildik. İranla bağlı siyasətimiz də çox doğru oldu. Azərbaycan heç vaxt imkan verməz ki, digər ölkə bizim ərazimizdən qonşu dövlətlərə qarşı istifadə etsin”.

Musavat.com xəbər verir ki, bu sözləri "Tv Musavat"ın canlı efirində politoloq Elxan Şahinoğlu deyib. Onun sözlərinə görə, rəsmi Bakının xarici siyasət kursu bölgədəki riskləri minimuma endirməyə hesablanıb: “Naxçıvana dron atılanda dövlət başçısı İlham Əliyev Təhlükəsizlik Şurasının iclasını çağırdı və çox sərt ifadələr işlətdi. Bu, İranın öz yerini bilməsi üçün atılan doğru addım idi. Azərbaycan ərazisində xarici hərbi bazaların olması ilə bağlı iddialar tamamilə əsassızdır və müharibə dövründə də bununla bağlı ortaya heç bir fakt qoyulmadı. Biz İrana qarşı hər hansı təhlükə yaradılmasında maraqlı deyilik və buna imkan da vermədik”.

O, qeyd edib ki, Azərbaycan gərginliyi azaltmaq üçün həm də humanitar və diplomatik jestlərdən istifadə edir: “Baxmayaraq ki, dövlət başçısı vaxtilə sərt açıqlamalar vermişdi, lakin İranın prezidenti həlak olanda səfirliyə gedərək başsağlığı verdi, humanitar yardımlar çatdırıldı. Bu balanslı yanaşma nəticəsində İrandakı rejimin ritorikası dəyişmək məcburiyyətində qaldı. Eyni zamanda Rusiya ilə münasibətlərin gərginlik müstəvisindən çıxarılması istiqamətində də dialoqumuz davam edir. Düzdür, suallar tam ortadan qalxmayıb, lakin gərginliyin azalması hər iki tərəf üçün vacibdir”.

Şahinoğlu vurğulayıb ki, qlobal güclərin qarşıdurması fonunda Azərbaycanın tranzit əhəmiyyəti daha da artır: “Türkiyə-İsrail məsələsi bizi narahat etsə də, biz Türkiyə ilə strateji müttəfiqliyi qorumaqla yanaşı, İsraillə də əlaqələri davam etdiririk. Hazırda dünyada ən ağıllı siyasəti Çin yürüdür; müharibələrdən uzaq duraraq yalnız iqtisadi təsir gücünü artırır. Yaxın Şərqdəki qeyri-stabillik fonunda Çin üçün TRACECA layihəsinin və Azərbaycan üzərindən keçən nəqliyyat yollarının əhəmiyyəti qaçılmaz olaraq artacaqdır”.

Musavat.com

Chosen
25
50
musavat.com

10Sources